Logo

Fevral ayının pensiya ödənişləri başa çatdırıldı


Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublikanın bütün şəhər və rayonları üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi də həyata keçirilib.

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. 

Yanvar ayının pensiyalarına indeksasiya nəticəsində edilmiş artımlar fevral ayının pensiyalarına əlavə edilib.oxu.az

Sosium,
16.02.2021 16:04 1420
Teqlər: