Logo

Paytaxt üzrə maaşlar artıb


Bakı şəhəri üzrə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı açıqlanıb.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Belə ki, 2020-ci ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 924,4 manat təşkil edib. Bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 8,1 faiz çoxdur.

Sosium,
03.02.2021 01:16 2138
Teqlər: