Logo

Azərbaycan Mərkəzi Bankı internaturaya müsabiqə elan edir


Azərbaycan Respublikasının Mərkəzi Bankı 2021-ci il üzrə İnternatura proqramına qəbul üçün müsabiqə elan edir.

Bu barədə Mərkəzi Bank məlumat yayıb 

Məlumata görə, internatura proqramına iş təcrübəsi olmayan, bakalavriatura pilləsinin sonuncu kurs tələbələri, o cümlədən magistratura pilləsinin tələbələri aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər: İqtisadiyyat; Maliyyə; Statistika; Sığorta; Risklərin idarə edilməsi; Hüquq; Menecment; Tətbiqi riyaziyyat; Kompüter elmləri və informasiya texnologiyaları; İqtisadi kibernetika.

İnternatura proqramı 01 iyul-10 sentyabr 2021-ci ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “Karyera imkanları – Müraciət et” alt-bölməsinə daxil olaraq tamamlamaq mümkündür.

Qeyd edək ki,son müraciət tarixi 10 fevral 2021-ci ildir.

Bank,
25.01.2021 13:21 629
Teqlər: