Azərbaycanın valyuta ehtiyatları son 1 ildə artıb
Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 mlrd 933,7 mln ABŞ dolları təşkil edib.
Bunun 87,2 %-i və yaxud 43 mlrd 564,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8 %-i və yaxud 6 mlrd 369,4 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 153,7 milyon ABŞ dolları və yaxud 0,3 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 275,7 milyon ABŞ dolları və yaxud 0,6 % çox, AMB-nin valyuta ehtiyatlarında isə 122 milyon ABŞ dolları və yaxud 1,9 % azalma olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 352,4milyon ABŞ dolları və yaxud 0,7 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 241milyon ABŞ dolları və yaxud 0,6 % çox, AMB-nin valyuta ehtiyatları isə 111,4 milyon ABŞ dolları və yaxud 1,8 % artım nümayiş etdirib.
|
ARDNF-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)
|
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)
|
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)
|
01.01.2021
|
43 564,3
|
6 369,4
|
49 933,7
|
01.10.2020
|
43 288,6
|
6 491,4
|
49 780,0
|
01.07.2020
|
43 223,3
|
6 436,3
|
49 659,6
|
01.04.2020
|
41 349,5
|
6 393,8
|
47 743,3
|
01.01.2020
|
43 323,3
|
6 258,0
|
49 581,3
|
Maliyyə,
23.01.2021 11:08
1083
Teqlər: