Logo

"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb


"Ford Motor" şirkəti ABŞ-da 2,7 milyon avtomobili geri çağırıb.

Qərar avtomobillərdə təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədar verilib.

Qeyd olunur ki, təhlükəsizlik yastıqları partlaya və ətrafa xırda metal hissəciklər yaya bilər

Geri çağırılma 2006-2012-ci illərdə istehsal olunmuş "Ranger", "Fusion", "Edge", "Lincoln Zephyr/MKZ", "Mercury Milan" və "Lincoln MKX" modellərinə şamil olunub.

Avtomobillərdə təhlükəsizlik yastıqlarındakı qüsurlar nəticəsində bütün dünyada 400-dək xəsarət, 27 ölüm, o cümlədən ABŞ-da 18 ölüm halı qeydə alınıb.

Avto,
22.01.2021 17:35 1078
Teqlər: