Logo

Bu rayonda 142 hektar sahədə payızlıq səpin aparılıb


Taxılçılıq Astara rayonunda kənd təsərrüfatının əsas sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi məhsul istehsalçılarının bu sahəyə marağını artırıb.

Astara Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, rayonda 2021-ci ilin məhsulu üçün payızlıq bitkilərin səpini başa çatıb, 142 hektar sahədə dən və yaşıl yem üçün səpin aparılıb.

Taxıl əkinlərinin 83,8 faizini (119 hektar) buğda, 16,2 faizini (23 hektar) arpa sahələri təşkil edir.

Ötən ilin eyni dövrü ilə müqayisədə rayonda payızlıq bitkilərin səpin sahəsi 11,4 faiz, o cümlədən arpanın səpin sahəsi 3,3 dəfə artıb, buğdanın səpin sahəsi isə ötən ilin səviyyəsində qalıb.

Aqrar,
13.01.2021 16:19 638
Teqlər: