Logo

Sürücülərin nəzərinə: Hərəkət qismən məhdudlaşdırılacaq


Sabah Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

“Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - deyə açıqlamada qeyd olunub.

Nəqliyyat,
13.01.2021 14:34 1337
Teqlər: