Logo

Azərbaycanda orta aylıq əmək haqqı artıb


2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqı 703,5 manat təşkil edib.

 Dövlət Statistika Komitəsindən verilən məlumata görə bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12,9% çoxdur.

Bununla belə, yanvar-oktyabr aylarının yekunları ilə müqayisədə ölkədə maaşların orta həddi 0,1% azalıb.

Maliyyə,
13.01.2021 11:32 2066
Teqlər: