Logo

"Bakı Metropoliteni" TENDER elan edir


“Bakı Metropoliteni” QSC-nin istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan mal və materialların satın alınması üzrə tender.

  • lot 1 - Müxtəlif növ taxta və taxta məmulatlarının satınalınması
  • lot 2 - Müxtəlif növ tikinti və tikinti məmulatlarının satınalınması
  • lot 3 - Müxtəlif növ üzlük daşlarının və üzlük məmulatlarının satınalınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı ş. Mikayıl Rəfili 16 (Əlaqələndirici şəxs : RAUF YUSİFOV BÖYÜK AĞA OĞLU , telefon : 490-00-91) ünvanından ala bilərlər.

İştirak haqqı:

  • lot 1 - 1500 AZN
  • lot 2 - 1000 AZN
  • lot 3 - 1000 AZN

Bank rekvizitləri:

  • Hesab: AZ98AZRT38050019440010268002
  • VÖEN: 9900006111
  • Bank: AZƏR TÜRK BANK ASC (Mərkəz Filialı)
  • Kodu: 501361
  • M/H: AZ02NABZ01350100000000022944
  • S.W.İ.F.T: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  • 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bankgünü qüvvədə olmalıdır);
  • 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  • 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22.05.2019 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 31.05.2019 17:00 qədər Bakı ş. Mikayıl Rəfili 16 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 03.06.2019 15:00 tarixində Bakı ş. Mikayıl Rəfili 16 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender,
03.05.2019 14:45 221
Teqlər: İqtisadiyyat.Az, tender,