Logo

Azərbaycan Türkiyəyə ən çox qaz ixrac edən ikinci ölkədir


Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 8 milyard 278,41 milyon kubmetr qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 20,6% çoxdur.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.

Sentyabr ayında Türkiyəyə 753,22 milyon kubmetr Azərbaycan qazı ixrac olunub, bu isə Türkiyəyə qaz ixracının ümumi həcminin 20,23%-ni təşkil edib (2019-cu ilin sentyabr ayı ilə müqayisədə azalma 7,99%).

Azərbaycan cari ilin sentyabr ayında Türkiyəyə qaz ixracının həcminə görə ikinci yerdə qərarlaşmaqla mövqeyini qoruyub. Birinci yerdə Rusiya (49,85%), üçüncü yerdə İran (13,83%), dördüncü yerdə Əlcəzair (7,62%) qərarlaşıb.

Azərbaycan mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, avqust ayından isə ikinci pilləyə enib.

Sənaye,
30.11.2020 16:48 569
Teqlər: