Logo

Düşmən təxribatı nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı


Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98 nəfərə çatıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, onlardan 93 nəfər ermənilərin atdığı raket nəticəsində, 5 nəfər isə mina partlayışından dünyasını dəyişib.

Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 410, mina partlayışı nəticəsində isə 4 nəfər xəsarət alıb.

Ölkə,
30.11.2020 15:49 1201
Teqlər: