Logo

Əsir düşən əsgərimizin dayısı: “Anasının vəziyyəti çox pisdir” - FOTO


“Oktyabrın 6-dan bəri Amindən xəbər ala bilmirik. Ailəsi çox narahatdır. Anasının vəziyyəti də çox pisdir”. 

Bu sözləri azxeber.com-a açıqlamasında ermənilər tərəfindən əsir götürülən əsgərimiz Amin Musayevin dayısı Sənan Sadıqov deyib. 

O bildirib ki, Amin atasız böyüyüb:

“Bəziləri sosial şəbəkələrdə Aminin atasının adından yazıblar ki, guya Amin Azərbaycana qaytarılıb. Amma bu yalandır. Aminin atası bir neçə il bundan öncə dünyasını dəyişib. Amin evin tək uşağıdır. Anası bu xəbəri eşidəndən özünə gələ bilmir”. 

Sənan Sadıqov deyib ki, Aminlə bağlı heç bir xəbər ala bilmirlər:

“Bizə onun aqibəti ilə bağlı heç bir məlumat verilməyib. Çox narahatıq”. 

 Aminin xalası Sadıqova Hicran isə deyib ki, onlar dövlətimizə və Ali Baş Komandana güvənirlər:

“Biz dövlətimizdən və Ali Baş Komandanımızdan çox razıyıq. Əminik ki, dövlətimizin sayəsində Amin evinə sağ-salamat qayıdacaq”.

Qeyd edək ki, noyabrın 12-də “ANNA News” YouTube kanalında Aminə rus jurnalisti tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. 

Bir neçə gün sonra isə ermənilər özlərini ifşa edərək, Aminə işgəncə verilməsi ilə bağlı görüntülər yayımlayıb. Ondan sonra isə Amindən xəbər yoxdur.

QARABAĞ,
21.11.2020 15:05 1547
Teqlər: