Logo

Vergi güzəştlərinin tətbiq edilməsi məsələlərinə baxılacaq - AÇIQLAMA


Böyük qələbədən sonra, xüsusilə, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətlərin cəlb edilməsi üçün yeni iqtisadi paketin təqdim edilməsi məqsədəuyğun olacaq. Eyni zamanda, müəyyən vergi güzəştlərinin tətbiq edilməsi məsələlərinə də baxılacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.

“Nəticə etibarilə, işğaldan azad olunmuş ərazilərimizə, xüsusilə, bütövlükdə Qarabağa sərmayənin cəlb edilməsi prioritet olacaq. Bu baxımdan, güman edirəm ki, Yuxarı Qarabağ iqtisadi rayonunun yenidən qurulması, həyatın yenidən bərpa edilməsi üçün hazırlanacaq iqtisadi paket, eyni zamanda, stimullaşdırıcı tədbirləri, güzəştləri özündə əhatə edə bilər. Biz artıq böyük qələbədən sonra yeni güzəştlərin və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinin şahidi ola biləcəyik”, - deyə millət vəkili bildirib.  

Onun sözlərinə görə, 2020-ci ildə Vergi Məcəlləsinə kifayət qədər dəyişiklik olub və pandemiya ilə bağlı bir sıra vergi dərəcələri azaldılıb:

“Hətta bəzi vergi dərəcələri üzrə sıfırlanma həyata keçirildi. Sosial haqlar orta hesabla iki dəfəyə qədər aşağı salındı. Nəticə etibarilə pandemiyanın iş adamlarına, eləcə də, fərdi və mikro sahibkarlara təsirlərinin minimumlaşdırılması həyata keçirildi. Bu proses davam edir. Həmçinin, fiziki imkanları məhdud olan uşaqların övladlığa götürülməsi ilə bağlı gəlir vergisindən azad edilən hissə və güzəşt də iki dəfə artırıldı” .

V.Bayramov qeyd edib ki, bu həmin ailələrin xərclərinin azaldılması, xüsusilə, fiziki imkanları məhdud olan uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır.

Vergi,
14.10.2020 12:53 1691
Teqlər: