Logo

50 manatlıq şirkətin 1.2 mln. manatlıq VERGİ BORCU


Şirvan şəhərində qeydiyyata alınan 50 manat nizamnamə kapitalı olan şirkətin dövlət qarşısında 1 milyon 197.66 min manatlıq vergi borcu var.

İqtisadiyyat.az Banker.az-a istinadən xəbər verir ki, bu, “Chinar İstehsalat” MMC-dir.

Bununla bağlı 22 sentyabr 2020-ci il tarixinə olan vahid bazada qeyd edilib. Lakin şirkət Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, vergi məsələsinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı vergilər idarəsini məhkəməyə verib.

“Chinar İstehsalat” – 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elşad Allahverdiyev Oqtay oğludur.

Vergi,
23.09.2020 12:40 744
Teqlər: