Logo

Azərbaycanda sənaye və istehsal sektorunun kreditləşməsi 50% artıb


Bu ilin iyun ayının 1-nə Azərbaycanın sənaye və istehsal sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 386,4 mln. manat və ya 50% artaraq 1 137,7 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından  verilən məlumata görə, sənaye və istehsal sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 21,6 mln. manat və ya 1,9% artıb.

Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 7,9% təşkil edib ki, bu da aylıq müqayisədə 0,4 faiz bəndi, illik müqayisədə isə 2 faiz bəndi artıb.

Bank,
01.07.2020 12:43 658
Teqlər: