Logo

Azərbaycandan Gürcüstana səfərlər 97% azalıb


Bu ilin mayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 96,9%azalıb.

Bu göstərici Gürcüstan Milli Bankının aylıq hesabatında əksini tapıb. 

Hesabat ayında Gürcüstana yollanan əcnəbi ziyarətçilərin sayında 94,1%azalma qeydə alınıb.

Qonşu ölkənin Rusiya və Ermənistandan qəbul etdiyi əcnəbi qonaqların sayı da müvafiq olaraq 97,8% və 92,1% azalıb.

Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına əsasən, mayda Azərbaycandan ölkəyə 3 276 nəfər gəlib. Yanvar-mayda isə bu göstərici illik müqayisədə 46,2% azalaraq 268 016 nəfər təşkil edib.

Azalmaya səbəb koronavirus pandemiyası səbəbindən Gürcüstan və digər ölkələrin quru və hava sərhədlərini bağlamasıdır.report

Turizm,
01.07.2020 12:07 479
Teqlər: