Logo

Ermənistanda koronavirusa yoluxanların sayı 26 mini ötdü


Ermənistanda son sutkada 523 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 26 065-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 453-ə çatıb. İndiyədək 14 563 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 900 aktiv koronavirus xəstəsi var.report

Dünya,
01.07.2020 21:00 539
Teqlər: