Logo

Azərbaycanlılar yaşayan kənddə karantin vaxtından əvvəl götürüldü


Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kəndində sərt karantin rejimi götürülüb.

Bu barədə Bolnisi bələdiyyəsindən bildirilib.

Ötən gün kənddə sərt karantin qaydalarının iyulun 6-da ləğv olunmasına dair qərar qəbul edilib.

Qeyd edək ki, Muşevanidə sərt karantin rejimi aprelin 25-dən tətbiq olunub. Kənddə koronavirus 80 sakində aşkarlanıb. Onların 1-i vəfat edib.report

Sosium,
01.07.2020 11:12 973
Teqlər: