Logo

Güzəştli kreditlər üçün MÜRACİƏTLƏRƏ START VERİLDİ


Azərbaycanda pandemiyadan əziyyyət çəkən iş adamları və sahibkarlara dövlət dəstəyi kimi nəzərdə tutulan yeni növ güzəştli kreditlər üçün müraciətlərə start verilib. 

Bu gün, iyunun 30-da belə müraciətlərin edilməsi üçün Elektron Kredit Platforması təqdim edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən təqdimatda elan edilib ki, belə kreditlər 3 illik müddətə, illik 15%-dən artıq olmayan dərəcə ilə veriləcək. Kreditlərin maksimum məbləği 3 amilyon manat olavcaq. Kredit müraciətlərinə baxılması isə 10 gün çəkəcək. 

Xatırladaq ki, bu kreditlər dövlətin deyil, bankların vəsaitləri hesabına veriləcək. Eyni zamanda dövlət bu kreditlərin verilməsində sahibkarlara və banklara iki formada dəstək verəcək. 

Birincisi, kreditlərin yarısını dövlət ödəyəcək (məsələn kredit 15%-lə verilibsə 7,5%-ni dövlət ödəyəcək), ikincitsi, bu kreditlərin götürülməsi zamanı dövlət kreditin 60%-nə zəmanət verəcək. Yəni sahibkar kreditin 40%-nin zəmanət məsələsini həll etməli olacaq. 

Artıq sistemin təqdimatının baş tutmasından sonra sahibkarlar kredit üçün müraciətlərə başlaya bilərlər. Müraciəti www.e-edf.gov.az ünvanından etmək mümkündür.FED.az

Biznes,
01.07.2020 10:41 1068
Teqlər: