Logo

THY İstanbul-Bakı-İstanbul reysinə əlavə bilet SATIŞA ÇIXARDI


Türk Hava Yolları (THY) iyulun 3-də həyata keçiriləcək İstanbul-Bakı-İstanbul reysinə əlavə biletləri satışa çıxarıb. 

Bunu THY Bakı ofisinin rəhbəri Seyfullah İlyas deyib.

S.İlyasın sözlərinə görə, TK4932/4933 reysləri ilə həyata keçiriləcək uçuşlara əlavə biletlərin satışı yaxın bir neçə saatda başlayacaq:

"İyulun 3-də baş tutacaq TK4932/4933 uçuşumuz üçün təyyarənin daha böyüyü ilə əvəzlənəcək".

Bilet almaq istəyən şəxslərdən aviaşirkətin saytını izləməsi tövsiyə olunur.

Xatırladaq ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türk Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək.FED.az

Nəqliyyat,
01.07.2020 09:24 407
Teqlər: