Logo

Azərbaycanda alim koronavirusdan vəfat etdi - FOTO


Azərbaycanda daha bir tanınmış şəxs, elm xadimi COVID-19-dan dünyasını dəyişib.

İqtisadiyyat.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova bildirib.

“Şamaxı ziyalısı, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Ömərov Sahib Xancan oğlu koronavirus pandemiyası səbəbilə vəfat edib. Mərhuma Allahdan rəhmət, bütün şamaxılılara və ömərovlar ailəsinə səbr diləyirəm”, - deyə o qeyd edib.

Sağlamlıq,
01.07.2020 09:12 1420
Teqlər: