Logo

Gürcüstan hökuməti xarici turistlərin qəbulunu iyulun 31-dək təxirə salıb


Gürcüstan hökuməti ölkə sərhədlərinin iyulun 1-dən xarici turistlər üçün açılması barədə qərarına yenidən baxıb. Yeni qərara əsasən sərhədlərin açılması iyulun 31-dək təxirə salınıb.

Bu barədə hökumət administrasiyasından məlumat verilib.

Koronavirusla əlaqədar martın 21-də Gürcüstanda fövqəladə vəziyyət elan olunub. Ölkənin bütün istiqamətlərdə beynəlxalq uçuşları və yerüstü nəqliyyat əlaqələri (beynəlxalq yükdaşımalar istisna olmaqla) dayandırılıb, xarici turistlərin Gürcüstana daxil olması qadağan edilib. Föqəladə vəziyyət rejimi mayın 23-də ləğv edilsə də, ölkənin sərhədləri bağlıdır. Beynəlxalq aviauçuşların bərpası da iyulun sonunadək dayandırılıb.

Hökumətdən onu da bildiriblər ki, Gürcüstan ərazisində biznes əlaqələri və strukturları olan şəxslərin və tələbələrin iyulun 1-dən ölkə ərazisinə giriş prosedurları sadələşdirilə bilər.

Turizm,
30.06.2020 12:45 422
Teqlər: