Logo

SOCAR-ın təbii qaz satışından gəlirləri 25% artıb


2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xam neftin satışından 51,1 mlrd manat, neft məhsullarının satışından isə 22,2 mlrd manat gəlir əldə edib.

Bu barədə SOCAR-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarında qeyd edilib.

Ötən il SOCAR-ın təbii qazın satışından gəliri 4,1 mlrd manat təşkil edib.

Şirkət neft-kimya məhsullarının satışından isə 3,9 mlrd manat qazanıb. SOCAR-ın icarə gəlirləri 416 mln manat və digər gəlirləri 1,98 mlrd manat təşkil edib. 

Şirkətin xam neft və neft məhsullarının satışı üzrə gəlirləri azalıb, digər gəlirləri isə artıb.

SOCAR-ın gəlirlərində ən böyük artım 25%-lə təbii qazın satışında qeydə alınıb ki, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və “Ümid” yatağında hasilatın yüksəlməsidir.

Qeyd edək ki, 2019-cu ildə SOCAR-ın məcmu gəlirləri 83,8 mlrd manat olub.report

Sənaye,
30.06.2020 11:27 421
Teqlər: