Logo

Pandemiya dövründə maliyyə dəstəyi göstərilən sahibkarların sayı açıqlandı


“Ölkəmizdə vergiyə yığılan hər dörd manatdan üçü özəl sektordan toplanır”.

Bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, indiyə kimi tərəfimizdən idarə edilən bir sıra biznes layihələri var: 

“Pandemiya təsiri altında olan bir sıra sahələr müəyyən olunub və həmin sahələrə hazırkı vəziyyətdən az zərər çəkməsi üçün maliyyə dəstəyi verilib”.

M.Cabbarov qeyd edib ki, pandemiya dövründə 130 min sahibkara maliyyə dəstəyi göstərilib:

“İşçi heyəti ilə birlikdə 310 mindən çox şəxsə maliyyə yardımı verilib”.

Maliyyə,
30.06.2020 11:18 778
Teqlər: