Logo

Postlarda nəzarət gücləndirildi - FOTO/VİDEO


Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələnib.

Abşeron rayonu ərazisində Dövlət Yol Polisinin dörd postu qurulub.

Bu postlardan keçmək istəyən sürücü və sərnişinlərin icazəsinin olub-olmaması ilə yanaşı, tibbi maskalardan istifadəsinə də diqqət yetirilir. Demək olar ki, postdan keçən sürücü və sərnişinlərin əksəriyyətinin maskadan istifadə etmədiyi müəyyən olunub.

Abşeron rayon DYPŞ-nin baş inspektorunun APA-ya verdiyi məlumata görə, gün ərzində 60 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri əsasında cərimələnib.

Abşeron rayonunda bir həftə ərzində 800 nəfərə (sürücü və sərnişinlər) protokol tərtib edilib.Apa

Sosium,
30.06.2020 09:21 1238
Teqlər: