Logo

ABŞ-da pandemiya dövründə işsizlərin sayı və varlıların qazancı artıb


Yeni növ koronavirus infeksiyasının ən geniş yayıldığı ABŞ-da epidemiya səbəbindən xalqın böyük əksəriyyəti iqtisadi çətinliklərlə üzləşdiyi halda, imkanlı şəxslər bu müddətdə sərvətlərini artırıblar.

“Anadolu” agentliyi xəbər verir ki, ABŞ-da koronavirusa görə 45 milyon insan işsiz qalıb, eyni dövrdə ölkədə yaşayan milyarderlər 584 milyard dollar qazanıb.

Birləşmiş Ştatlarda 614 milyarder qeyd olunan məbləği martın 18-dən iyunun 17-dək olan zaman kəsiyində əldə ediblər.

Dünya,
30.06.2020 18:30 620
Teqlər: