Logo

Türkiyədə koronavirusa yoluxan və ölənlərin sayı artdı


Türkiyədə son 24 saatda 1356 nəfər yeni növ koronavirusa yoluxub.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən məlumat verilib. Son rəqəmlərə görə, Türkiyədə son sutka ərzində 15 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib. Nəticədə ölkədə yeni növ koronavirusdan ölənlərin sayı 5 min 97-yə, ümumi yoluxanların sayı isə 197 min 239-a çatıb. 170 min 595 nəfər isə sağalaraq evə buraxılıb.

Dünya,
29.06.2020 16:25 1199
Teqlər: