Logo

BP qlobal neft-kimya biznesini satır


Böyük Britaniyanın BP şirkəti öz qlobal neft-kimya biznesini 5 mlrd. ABŞ dolarına "Ineos" şirkətinə satır.

Razılaşdırılmış saziş BP yeniləməsində şirkətin balansını gücləndirəcək növbəti strateji addımdır.

Razılaşmaya əsasən, "Ineos" öncədən 400 mln. dollar, sövdələşmə bağlandıqdan sora isə 3,6 mlrd. dollar ödəyəcək. Qalan 1 mlrd. dolları şirkət hissələrlə 2021-ci il ərzində təmin edəcək.

Tərəflər sövdələşməni bu ilin sonunadək bağlamağı planlaşdırır.

Sənaye,
29.06.2020 15:29 819
Teqlər: