Logo

Açıq məkanda reklamı olan sahibkarlara GÜZƏŞTLƏR - VİDEO


ADRA-nın güzəştlərlə bağlı atacağı addımlar müzakirə olunur.

Koronavirus pandemiyası iqtisadiyyatın bir sıra sahələrinə mənfi təsir bağışlayıb. Həmçinin Reklam sahəsinədə təsirsiz ötüşməyib. Bununla da Reklam sahəsi Nazirlər kabinetinin pandemiyadan zərərçəkmiş sahələr siyahısına daxil olub.

Bununla əlaqədar olaraq Azərbaycan Dövlət Reklam Agentliyi sahibkarlara güzəşt planı hazırlayıb. Qurumun mətbuat katibi Hüseyn Azərinin sözlərinə görə, hazırlanan layihə hazırda müzakirə mərhələsindədir.

Qeyd edək ki, açıq havada reklam daşıyıcısı olan sahibkarların boş qalan bilbordlarına yeni növ koronavirusla mübarizəyə dair reklamları yerləşdirilib və bu reklamlar ödənili əsaslarla yerləşdirilib və həmin vəsaitdə Dövlət tərəfindən ödənilib.

Bu həmdə sahibkarların sosial məsuliyyətini artırmaqla yanaşı eyni zamanda iqtisadi fəallığıda ölkədə artırır.

Marketinq,
29.06.2020 14:38 1162
Teqlər: