Logo

Bu ölkə 2021-ci ilin martına qədər koronavirusa qarşı peyvəndlərin istehsalına başlayacaq


İranın bəzi innovasiya müəssisələri COVID-19 əleyhinə peyvəndin hazırlanması üzərində işləyir və 2021-ci ilin martına qədər onlardan biri istehsal prosesinə başlayacaq.

IRNA-nın məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin texnoloji inkişaf şöbəsinin müdiri Hüseyn Vətənpur deyib.

Onun sözlərinə görə, o vaxta qədər ölkədə insan papillomavirusu (HPV) və H1N1 qripinə qarşı peyvəndlər də mövcud olacaq.

“Peyvəndin inkişafında irəliləyişimiz xarici analoq məhsullarla rəqabət apara bilər”, - deyə o, sözlərini yekunlaşdırıb.

Dünya,
29.06.2020 12:39 1197
Teqlər: