Logo

BNA rəsmisi və ailəsi koronavirusa yoluxdu


Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevkoronavirusa yoluxub.

Bu barədə BNA rəsmisi özü "Facebook"da bildirib.

"Bir neçə gün davam edən halsızlıq, hərarət əlamətləri ilə təcili tibbi yardıma müraciət etdim və mən, həyat yoldaşım, eyni zamanda oğlumun koronavirus testi nəticələri pozitiv çıxdı. Amma əhvalımız da pozitivdir. Düşünürük ki, biz virusa qalib gələcəyik. Mən inanıram ki, biz virusa qalib gələcəyik. Çünki dövlət sağlamlığımızın qorunması baxımından çox mühüm tədbirlər həyata keçirir. Bütün zəruri tədbirlər görülür ki, koronavirus təhlükəsindən ən az itkilərlə çıxa bilək", - deyə o bildirib.

Sağlamlıq,
28.06.2020 19:04 1418
Teqlər: