Logo

Ermənistanda daha 736 nəfər koronavirusa yoluxdu


Ötən sutka ərzində Ermənistanda daha 736 nəfərin koronavirusa (COVİD-19) yoluxduğu aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 24 min 645 nəfərə çatıb.

Ötən sutka ərzində virusa yoluxan 6 nəfər ölüb və koronavirusdan ölənlərin sayı 426 nəfərə yüksəlib.

Dünya,
28.06.2020 12:34 432
Teqlər: