Logo

Dünyada koronavirusa yoluxanların sayı 10 milyon nəfəri ötüb


Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 10 milyon nəfəri ötüb.

İyunun 26-da dünya üzrə infeksiyaya yoluxanların sayı 194 min 190 nəfər artaraq yeni rekord müəyyən edib. Həmçinin ötən sutka ərzində 4 min 893 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

Saytın Bakı vaxtı ilə bu gün saat 22:20-yə olan məlumatına əsasən, dünyada koronavirus infeksiyasına 10 milyon 51 yoluxma və 498 min 952 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 5 milyon 414 min 646 xəstəl sağalıb, müalicəsi davam edən 4 milyon 86 min 453 nəfərdən 57 min 706-nın vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 577 min nəfərdən çoxdur. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 milyon 284 min 214), Rusiya (627 min 646), Hindistan (529 min 331), Böyük Britaniya (310 min 250) və İspaniya (295 min 549) gəlir.

Birləşmiş Ştastlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 127 min 952 nəfər. İlk beşliyə daxil olan Braziliyada 56 min 197, Birləşmiş Krallıqda 43 min 514, İtaliyada 34 min 716, Fransada isə 29 min 778 nəfər koronavirus səbəbindən həyatını itirib.Azərtac

Dünya,
28.06.2020 10:36 1029
Teqlər: