Logo

İtaliyada son sutkada koronavirusdan 30 nəfər ölüb


İtaliyada son 24 saat ərzində 259 nəfər koronavirusa yoluxub, 30 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkə üzrə ümumi ölüm sayı 34708-ə çatıb.

Hazırda ölkədə 17638 nəfər koronavirus infeksiyasının daşıyıcısıdır. İndiyə qədər ölən və sağalanlar da daxil olmaqla ümumilikdə 239961 nəfər yeni virusa yoluxub.APA

Dünya,
27.06.2020 16:44 1267
Teqlər: