Logo

Ermənistanda yoluxanların sayı 24 minə yaxınlaşır


Ermənistanda son sutkada  662 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 23 909-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 420-yə çatıb. İndiyədək 12 911 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 445 aktiv koronavirus xəstəsi var.

Dünya,
27.06.2020 12:29 539
Teqlər: