Logo

Tunis sərhədlərini AÇDI


Bu gün - iyunun 27-dən Tunis sərhədlərini əcnəbilərin üzünə açır.

“Yaşıl ölkə”lərdən (Almaniya, İrlandiya, İtaliya, bir sıra Asiya ölkələri) turistlər Tunis ərazisinə hər hansı məhdudiyyətsiz daxil ola bilərsə, “narinci ölkə”lərin (aralarında Azərbaycan, İspaniya, Fransa, Qazaxıstan, Kanada da var) vətəndaşları COVID-19 virisina yoluxmamaq barədə ən azı 120 saat əvvəl verilmiş arayış təqdim etməlidirlər.

Bununla yanaşı, “qırmızı ölkə”lərin (o cümlədən ABŞ, Braziliya, Rusiya və s.) vətəndaşları üçün Tunisə giriş qadağandır.

Bu günədək ölkədə koronavirusa 1 164nəfər yoluxub, 50 nəfər ölüb, 1 023 nəfər isə sağalıb.

Turizm,
27.06.2020 12:28 971
Teqlər: