Logo

COVID-19-a qarşı peyvənd üçün xeyriyyə tədbiri keçiriləcək


Avropa Komissiyası və “Global Citizen” təşkilatı COVID-19 virusuna qarşı peyvənd hazırlamaqla bağlı tədqiqatlara maliyyə dəstəyi məqsədilə bu gün xeyriyyə konserti və sammit keçirəcək.

Sammitdə iştirak edəcək Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emanuel Makron və BMT-nin baş katibi Antonio Quterreş kimi tanınmış siyasi xadimlər peyvənd üçün ianə verməyə çağırış edəcəklər.

İnternet vasitəsilə birbaşa yayımlanacaq konsertdə “Coldpay” qrupu, Şakira, Maili Sairus, Castin Biber kimi tanınmış müğənnilər çıxış edəcəklər.

Dünya,
27.06.2020 12:14 1177
Teqlər: