Logo

Təhsil Şöbəsinin keçmiş müdiri koronavirusdan vəfat edib


Laçın Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, Əməkdar müəllim Şahlar Xəlilov koronavirusdan vəfat edib.

O, 72 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Şahlar İsa oğlu Xəlilov 1948-ci ilin aprel ayının 10-da Laçın rayonunun Ərəb kəndində anadan olub. Uzun müddət təhsil sahəsində çalışıb, Laçın Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 

Prezident İlham Əliyev 2011-ci ilin oktyabr ayında imzaladığı sərəncam ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.  

Allah rəhmət eləsin!

report

Sağlamlıq,
26.06.2020 17:17 887
Teqlər: