Logo

Dövlət Komitəsinin koronavirusa yoluxan əməkdaşları sağaldı


Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxan ikinci əməkdaşı da sağalıb.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı bildirib.

“Diasporla İş üzrə Dövlət Komitəsini virusa yoluxan iki əməkdaşından birinin tam sağalaraq, xəstəxanadan evə buraxıldığını yazmışdım. Artıq digər əməkdaşımızın da sağaldığı xəbərini aldıq.

Bu bəlaya düçar olan hər bir insanla bağlı belə xoş xəbər eşitmək arzusundayıq. Peşəkar həkimlərimizə təşəkkür edirik. Bütün dünyanın bu qlobal problemə qalib gəlməsini arzulayırıq”, - deyə Komitə rəsmisi əlavə edib.Oxu.az

Sağlamlıq,
26.06.2020 16:46 1290
Teqlər: