Logo

Azərbaycan əhalisi nağd avro alışını mayda kəskin artırıb


Bu ilin may ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 16 002,6 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 3,5 dəfə azdır.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi aylıq müqayisədə isə 3 dəfə artıb.

Bundan başqa, may ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 4 733 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 5 dəfə azdır. Aylıq müqayisədə isə azalma 18,5% bərabər olub.Fins.az

Bank,
26.06.2020 16:11 918
Teqlər: