Logo

Kredit kartları ilə əməliyyatların həcmi azalıb


Azərbaycanda dövriyyədə olan kredit kartları ilə bu ilin may ayı ərzində 133 mln. manat həcmində əməliyyat həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi xəbərə görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 24,3% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,3% azalma qeydə alınıb.

May ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 33 mln. manatı ATM, 55 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən, 35 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 123 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 28,1% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,8% azdır.

AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 11 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 10% artıb, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 31,2% azalıb.Fins.az

Bank,
26.06.2020 13:23 993
Teqlər: