Logo

Azərbaycan vətəndaşları Hindistandan təxliyyə olundu


Gürcüstandan daha beş Azərbaycan vətəndaşı vətənə təxliyyə olunur.

İqtisadiyyat.Az-ın məlumatına görə, report-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Həmin şəxslər Tbilisiyə Hindistandan aviareyslə gəliblər. Səfirlik əməkdaşları onları hava limanında qarşılayıb. Hazırda Azərbaycan vətəndaşları xüsusi ayrılmış mikroavtobus vasitəsilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.

Azərbaycan ərazisinə daxil olan olan kimi həmin şəxslər TƏBİB tərəfindən karantinə alınacaq.

Sosium,
26.06.2020 13:01 454
Teqlər: