Logo

Türkiyədə güclü zəlzələ oldu


Türkiyənin Manisa, İstanbul, Bursa, İzmir və Çanaqqala şəhərlərində 5,5 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 10:21-də qeydə alınıb.

Zəlzələnin episetri Manisa şəhərinin Saruhanlı rayonunda 9,29 km dərinlikdə yerləşib. 

Dağıntı və itkilər barədə məlumat verilmir. Report

Dünya,
26.06.2020 11:54 1124
Teqlər: