Logo

Rusiyada koronavirusdan 24 saatda 92 nəfər öldü


Rusiyada koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Rusiyada son 24 saatda 92 nəfər COVİD-19-dan dünyasını dəyişib, 7 min 113 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə ölkədə ümumi ölənlərin sayı 8 min 605-ə, yoluxanların sayı isə 613 min 994-ə çatıb.
Qeyd edək ki, Rusiyada yoluxma halları azalaraq davam edir. İyunun əvvəlində yoluxmaların sayı 9 mindən yuxarı idi. Ayın sonuna doğru isə yoluxma halları günbəgün azalaraq 7-minə düşüb.
Xatırladaq ki, iyunun 23-dən etibarən Moskvada kafelər, restoranlar, fitnes klubları, idman salonları, uşaq bağçaları, kitabxanalar 3 aydır davam edən qadağaların ardından fəaliyyətinə yenidən başlamışdı. “worldometers”

Dünya,
26.06.2020 11:23 1319
Teqlər: