Logo

"Tesla" ən keyfiyyətsiz AVTOMOBİL SEÇİLDİ


"Tesla" şirkətinin avtomobilləri keyfiyyət göstəricilərinə görə 32 avtomobil arasında sonuncu yerdə qərarlaşıb.

Bu barədə "J.D. Power 2020 Initial Quality Study" reytinqində deyilir.

Reytinq tərtib olunarkən 87 mindən çox müştərinin rəyi öyrənilib. Yekunda "Tesla" elektromobillərində hər 100 avtomobildə 250 çatışmazlıq qeydə alınıb. Reytinqdə yer alan avtomobillərdə bu göstərici orta hesabla 166-ya bərabər olub.

Ən az qüsurları qeydə alınan avtomobillər arasında reytinqə "Dodge" və "Kia" rəhbərlik edib. Bu avtomobillərdən hər 100 ədədində 136 çatışmazlıq müşahidə olunub. İlk üçlüyü "Chevrolet" tamamlayıb.

Reytinqin son beşliyində isə "Mercedes-Benz", "Volvo", "Audi", "Land Rover" və "Tesla" yer alıb. 

Avto,
26.06.2020 11:13 864
Teqlər: