Logo

Azərbaycan manatının dövretmə sürəti artıb


Bu il iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,84 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,76 bənd, yanvarın 1-nə nisbətən 0,36 bənd, ötən ilin iyunun 1-i ilə müqayisədə isə 0,1 bənd çoxdur. 

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.report

Maliyyə,
26.06.2020 10:47 1227
Teqlər: