Logo

Şimşək, yağış, külək - FAKTİKİ HAVA


Ölkə ərazisindəki faktiki hava açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 26-sı ölkə ərazisinin bəzi yerlərində səhərədək şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qərb küləyi güclənib. 

Düşən yağışın miqdarı Oğuzda 16, Şəkidə 10, Xınalıqda 9, İsmayıllı və Qəbələdə 6, Şahdağda 3 mm olub.

Qərb küləyi Naftalanda 26 m/s, Neftçalada 20 m/s, Gəncə, Tərtər, Ağstafa, Tovuzda 18 m/s, Salyanda, Şəmkirdə 16 m/s, Abşeron yarımadası və Bakıda 28 m/s, Sumqayıtda 21 m/s, Pirallahı, Ələtdə 20 m/s, Binədə 19 m/s, Zabratda 18 m/s, Çilov adasında 17 m/s, Neft Daşlarında 16 m/s -dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Ekologiya,
26.06.2020 10:13 372
Teqlər: