Logo

Gürcüstan müntəzəm uçuşların bərpasını təxirə salır


“Gürcüstan müntəzəm uçuşların bərpasının iyul ayının sonuna qədər təxirə salmalı olacaq”.

Bunu ölkənin iqtisadiyyat və dayanıqlı inmişa naziri Natia Turnava bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan hökumətinin turizmlə bağlı əsas vəzifəsi epidemioloji vəziyyətin idarə olunması və əhalinin sağlamlığının qorunmasıdır.

N.Turnava beynəxalq ziyarətçilərlə bağlı ehtiyatlı davranmanın olacağını deyib: “Çarter reyslərinin yerinə yetirilməsi davam etdiriləcək. Müntəzəm reyslərin bərpası ilk növbədə dünyadakı epidemioloji vəziyyətdən asılıdır”.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən sərhədlərini xarici turistlər üçün açmağı planlaşdırırdı.Fins.az

Nəqliyyat,
25.06.2020 22:54 446
Teqlər: