Logo

Gürcüstan bu il Azərbaycandan 5,2 mln. dollarlıq dəmir və polad çubuqları idxal edib


Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan dəmir və polad çubuqların idxalını illik müqayisədə 1 259,9 ton və ya 12,1% artıraraq 11 676 tona çatdırıb.

Bu barədə  Gürcüstan Milli Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə idxal edilən məhsulun dəyəri illik ifadədə 368,3 min ABŞ dolları və ya 7,5% artaraq 5 251,7 min dollara çatıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 4 882,9 min dollar dəyərində 10 416,1 ton  dəmir və polad çubuqlar idxal edib.

Sənaye,
25.06.2020 21:00 584
Teqlər: