Logo

Gürcüstanda koronavirusa yoluxanların sayı 809-a çatdı


Gürcüstanda daha 1 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

Bu barədə yerli hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 809-a çatıb. Onların 674-ü sağalıb, 13-ü isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 3 161, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır. (Report)

Dünya,
07.06.2020 11:22 349
Teqlər: